Ermənistanın yüksək texnologiyalar naziri Robert Xaçatryan vəzifəsindən azad edilib.
Bu barədə hökumətdəki mənbələr bildirib.
Onun vəzifəsindən azad edilməsinin səbəbi hələ ki məlum deyil.
Qeyd edək ki, R.Xaçatryan dekabrın 18-də Ermənistanda Rusiya telekanallarının yayımının qadağan edilməsi məsələsinin müzakirə olunmadığını demişdi.
Daha əvvəl Ermənistan KİV-i hakimiyyətin R.Xaçatryanı nazir vəzifəsindən azad etmək niyyətində olduğunu yazmışdı.
O, 2022-ci il aprelin 27-də nazir təyin edilmişdi.