Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyada keçirdiyi yeni əməliyyat nəticəsində PKK/YPG teror qruplaşmasının rəhbərlərindən biri məhv edilib.
"Abu Dahham" kod adlı terrorçu Ömer Abdullah el Dahham Suriyanın Tabka vilayətinin rəhbəri olub.
Məlumata görə, terrorçu 2017-ci ildən etibarən "Fırat Qalxanı” və "Barış Pınarı” əməliyyatlarının icra edildiyi bölgələrdə Türkiyə Silahlı Qüvvələrinə qarşı təşkil olunan terror aktlarında iştirak edib.
O, MİT-in xüsusi qrupu tərəfindən addım-addım izlənilirmiş.
///Report