İlk dəfə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı keçən həftə 12 min artaraq 218 min nəfərə çatıb.
Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Əmək Nazirliyinin hesabatında deyilir.
Yenidən işlənmiş məlumatlara görə, bir həftə əvvəl bu rəqəm daha əvvəl bildirildiyi kimi 205 min deyil, 206 min olub. Analitiklər öncəki həftənin daha əvvəl elan edilmiş səviyyəsindən orta hesabla 210 minə qədər artım gözləyirdi.
Daha az dəyişkən göstərici olan ölkədə son dörd həftə ərzində işsizlik müavinəti üçün müraciət edənlərin orta sayı bir həftə əvvəl hesablanmış 212,25 mindən 212 minə düşüb.
Dekabrın 16-da sona çatan həftə üçün hələ də müavinət alan amerikalıların sayı 1,875 milyon nəfərə yüksəlib.