Konqo Demokratik Respublikasının Mərkəzi Kasai əyalətində çərşənbə axşamı yağan güclü yağışlar nəticəsində azı 22 nəfər həlak olub.
Bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Belə ki, yağış sel və torpaq sürüşməsinə səbəb olub. Əyalət qubernatoru bildirib ki, təbii hadisədən ən çox eyniadlı şəhərin Kananqa rayonu zərər çəkib.
Mərkəzi Kasai hökuməti fövqəladə vəziyyətin vurduğu maddi ziyanı qiymətləndirəcək.