Serbiyanın paytaxtı Belqradda baş verən iğtişaşların arxasında kollektiv Qərb dayanır.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kollektiv Qərbin “Maydan çevrilişləri” üsullarından istifadə edərək bu ölkədəki vəziyyəti sarsıtmaq cəhdləri göz önündədir”, - o bildirib.
M.Zaxarovanın sözlərinə görə, bu vəziyyətə yeganə mümkün cavab Konstitusiyaya ciddi riayət etmək, milli maraqlara səs verən Serbiya xalqının seçiminə hörmət etməkdir.