Dünya Bankı Ukrayna büdcəsinə 1,34 milyard dollar köçürüb, pul sosial sahənin dəstəklənməsinə sərf olunacaq.
Bu barədə Ukrayna Maliyyə Nazirliyi mətbuata açıqlamasında bildirib.
Maliyyələşdirmə “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi” layihəsi çərçivəsində alınıb ki, bunun böyük hissəsi Yaponiyanın zəmanəti ilə Dünya Bankının 1,086 milyard dollar məbləğində kreditidir. Ukraynaya Norveç, Amerika Birləşmiş Ştatları və İsveçrə hökumətləri tərəfindən 260 milyon dollar məbləğində qrant dəstəyi də verilib.
“Vəsait Ukraynanın dövlət büdcəsinin təhlükəsizlik və müdafiə sahəsinə aid olmayan xərclərini, xüsusən də pensiya ödənişləri və Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşlarına ödənişləri qismən kompensasiya etmək üçün istifadə olunacaq”, - deyə məlumatda bildirilir.
Mənbə: lenta.ru