Misir Qəzza zolağında müharibəyə son qoymaq üçün üçmərhələli plan təklif edib.
Bu plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxildir.
Birinci mərhələdə - hərbi əməliyyatların ikihəftəlik dayandırılması nəzərdə tutulur. Bu zaman HƏMAS 40 girovu, İsrail isə 120 fələstinli məhbusu azad etməli olacaq. Bu müddət ərzində hərbi əməliyyatlar dayandırılacaq, İsrail tankları geri çəkiləcək və Qəzzaya humanitar yardımlar daxil olacaq.
İkinci mərhələdə - İordan çayının qərb sahilində və Qəzzada texnokratik hökumətin qurulması planlaşdırılır. Bu hökumət anklavın bərpasına nəzarət edəcək, parlament və prezident seçkilərinin başlanmasına dəstək göstərəcək.
Üçüncü mərhələdə - hərbi əməliyyatların tam dayandırılması və qalan girovların əsirlər müqabilində azad edilməsi düşünülür. Eyni zamanda İsrail Qəzza zolağının şəhərlərindən qoşunlarını çıxaracaq və anklavın şimalından köçkün düşmüş Qəzza zolağı sakinlərinin öz evlərinə qayıtmasına icazə verəcək.
Mənbə: Gazeta.ru