Dünyanın aparıcı təyyarə istehsalçısı olan "Airbus" şirkətinin 700 əməkdaşı şam yeməyindən zəhərlənib.
“Airbus” şirkəti Fransadakı işçiləri üçün Yeni il öncəsi bayram ziyafəti təşkil edib.
Həmin şam yeməyində iştirak edən 700-dən çox insanın ürəkbulanma, qusma kimi şikayətlərlə xəstəxanalara müraciət etdiyi məlum olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, dünyanın ən böyük təyyarə istehsalçısı olan Airbus-da 15 mindən çox işçi çalışır.
//sfera.az