Bazar ertəsi Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.
Məlumata görə, Qansuda 113 nəfər ölüb, 782 nəfər yaralanıb. Qonşu Çinxayda ölənlərin sayı 22-yə çatıb, 198 nəfər yaralanıb. Bundan başqa, 12 nəfərin də itkin düşdüyü bildirilir.
Qeyd edək ki, təbii fəlakət Qansuda 207 mindən çox evi dağıdıb, 15 minə yaxın binaya ziyan dəyib.
Mənbə: octagon.media