Məşhur "WhatsApp" messencerinin tərtibatçıları yaxın aylarda yaranacaq məlumatların saxlanmasına məhdudiyyətlər barədə istifadəçilərə xəbərdarlıq etməyə başlayıblar.
Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.
"Android" üçün 2.23.26.7 proqramının yeni beta versiyasında məlumat banneri peyda olub, ona əsasən "WhatsApp" və "Google" buludda istifadəçi məlumatlarının limitsiz saxlanmasını ləğv etmək qərarına gəliblər. Yedək nüsxələr yaxın bir neçə ay ərzində "Google Disk"inizdə saxlanmağa başlanacaq.
Banner istifadəçiləri gözlənilən dəyişikliklər barədə xəbərdar etməlidir ki, söhbətlərini və media fayllarını saxlamağa vaxt tapsınlar. Yedəkləmələr hələ də "Google Disk"də saxlanılacaq, lakin yalnız istifadəçinin şəxsi hesablarında. Bulud yaddaşı cəmi 15 giqabaytdır. Bu limitə qədər bütün sənədləri və digər faylları pulsuz saxlaya bilərsiniz.
Disk sahəsi bitərsə, istifadəçi, məsələn, telefon nömrəsini dəyişdirərkən bütün yazışmaları itirmək riski daşıyır. Nəşr qeyd edir ki, yeni banner yalnız messencerin beta versiyalarında görünür.