Ermənistanda kəskin respirator virus infeksiyalarına (ARVI) yoluxma hallarında artım qeydə alınıb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda görə, söhbət əsasən “Honkonq qripi”nə (A tipli qrip/H3N2 qripi) və COVID-19-a yoluxmadan gedir.
Məlumat üçün əlavə edək ki, A qrupu virusu (H3N2) 1968-1969-cu illərdə Honkonqda bu xəstəliyin pandemiyası səbəbindən Honkonq qripi adlandırılıb. Pandemiya iki həftə ərzində pik həddinə çatıb. O zaman virus bir milyon insanın, əsasən də yaşlı insanların ölümünə səbəb olub.
Mənbə: Sputnik Ermənistan