Şərqi Avropa ölkəsi olan Rumıniyada qızılca epidemiyası elan edilib.
Bu barədə Rumıniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qızılcaya yoluxma hallarının sürətlə artımını, eləcə də xəstəxanalarda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib”, - Rumıniya Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda Rumıniyada 41 əyalətdən 29-da 2 minə yaxın qızılcaya yoluxma faktı qeydə alınıb.
Rumıniya Səhiyyə Nazirliyi ölkədə uşaqların 78%-nin peyvəndin ilk dozasını, peyvənd olunmaq hüququ olan uşaqların 62%-nin isə iki doza qəbul etdiyini bildirib.
Nazirlik həmçinin diqqətə çatdırıb ki, 10 il ərzində Rumıniyada peyvənd olunan uşaqların sayında azalma müşahidə olunur.