Çin iqtisadiyyatı ekspertlərin gözləntilərini doğrultmayıb. Onlar son aylarda sektorda canlanma proqnozlaşdırdılar.
Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin məlumatları belə deməyə əsas verir.
Analitiklər istehsalatda satınalma menecerləri indeksini 49,8 bənd həcmində proqnozlaşdırsalar da, cari rəqəm 49,5-dən 49,4-ə düşüb. Xidmətlər sahəsində isə indeks 50,6 bənddən 50,2 bəndə enib.
Tikinti üzrə satınalma menecerləri indeksi 4 bənd, kompozit indeksi isə 3 bənd geriləyib və ötən il üçün minimum həddə çatıb.
Məlumatlar göstərir ki, Çin iqtisadiyyatı koronavirus pandemiyasından bəri dayanıqlı mövqe əldə edə bilməyib.
Bir çox ekspertlər 2023-cü ilin əvvəlində Çinin iqtisadi dirçəlişini proqnozlaşdırırdılar. Onlar bildiriblər ki, COVID-19 ilə bağlı bütün məhdudiyyətlər götürüldükdən sonra iqtisadiyyat sürətlə inkişaf etməyə başlayacaq. Lakin statistik məlumatlar gözləntilərlə üst-üstə düşməyib.
Mənbə: mk.ru