İsrail İspaniya Baş naziri Pedro Sançesin bəyanatlarından sonra öz səfirini Madriddən geri çağırıb.
Bu barədə İsrail xarici işlər naziri Eli Koen “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) paylaşım edib.
Bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi İspaniyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
“İspaniya baş nazirinin əsassız ittihamlarının təkrarı olan hədsiz bəyanatlarından sonra mən İsrailin İspaniyadakı səfirinə zəng etdim, ona məsləhətləşmələr üçün Qüdsə qayıtmasını söylədim”, - deyə paylaşımda qeyd edilib.
Mənbə: TASS