Tayvan sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 350 min insanın yaşadığı Hualren şəhərindən 85 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 27 km dərinlikdə olub.
İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Mənbə: TASS