Anbar işçiləri və sürücülər "Amazon.com Inc." ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya "qara cümə"də əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil elan etməyi planlaşdırırlar.
"Report"un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə "UNI Global Union" həmkarlar ittifaqları beynəlxalq federasiyasının bəyanatında deyilir.
Qeyd edilib ki, İngiltərədə bir anbarın 1000-dən çox işçisi tətilə çıxıb. Onlara 30 ölkədən olan həmkarları qoşula bilər.
“MarketWatch” bildirir ki, tətillər ilin ən işlək günlərindən birində onlayn ticarət üçün malların çatdırılmasında gecikmələrə səbəb ola bilər.
Almaniyadakı "Amazon" nümayəndəsi isə bunun çatdırılma müddətlərinə təsir etməyəcəyini bildirib.
"Amazon" əməkdaşları artıq dördüncü ildir ki, müxtəlif "qara cümə" aksiyaları keçirirlər.