Rusiyanın Vorkuta şəhərində 88 yaşlı təqaüdçünün qətlində şübhəli bilinən 36 yaşlı kişi saxlanılıb.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Komi Respublikası üzrə İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, cinayətkar yaşlı qadının pulunu oğurlamaq qərarına gəlib. Bunun üçün o, azyaşlı ögey oğlundan istifadə edərək pensiyaçının mənzilinə girib.
O, təqaüdçünün sinəsinə bıçaqla xəsarət yetirib, sonra onun mənzilində axtarış apararaq tapdığı bütün pulları oğurlayıb.
Zərərçəkmiş aldığı xəsarətdən yerindəcə keçinib.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qatilin şəxsiyyəti müəyyən edilib.
Hücum edən şəxs polis əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılıb.
Faktla bağlı qətl maddəsi ilə cinayət işi açılıb.
Mənbə: Ren.TV