Yüzlərlə uşağı öldürən öskürək siropunun tərkibində antifriz komponentləri tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |     20:58 İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib, altı nəfər şübhəli saxlanılıb  |     20:23 Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb  |     20:20 "Roma" yeni baş məşqçisinin adını açıqlayıb  |     20:18 "Formula 1" Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb  |     20:16 Andres İnyesta Danimarka klubunu alıb  |     20:15 Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər  |     20:08 Cəbrayılda AĞIR QƏZA - Ölənlər var  |     19:42 Azərbaycanda 10 ayda vətəndaşlara 146 milyon manata yaxın ƏDV qaytarılıb  |    

Yüzlərlə uşağı öldürən öskürək siropunun tərkibində antifriz komponentləri tapıldı

2022-ci ildə istifadəsi 204 uşağın ölümünə səbəb olan öskürək siropu ilə bağlı araşdırmanın nəticələri açıqlanıb. Məlum olub ki, preparatların tərkibində antifriz istehsalında istifadə olunan etilenqlikol maddəsi olub.

Bu barədə “Afi Farma” əczaçılıq şirkətinə qarşı cinayət işini aparan İndoneziya məhkəməsindən bildirilib.

Bəyanatda deyilir ki, 2021-ci ildə şərbətlər üçün əsas olan farmasevtik keyfiyyətli propilenqlikolun qlobal çatışmazlığı yaşanıb. “CV Samudera Chemical” şirkəti də texniki etilenqlikolun etiketlərini propilenqlikola dəyişdirərək satmağa başlayıb. Bunun üçün şirkət propilenqlikol tədarükçüsü “Dow Chemical Thailand”ın loqosunu internetdən yükləyib çəlləklərə yapışdırıb.

Qeyd edək ki, etilenqlikol kəskin böyrək zədələnməsinə səbəb olur.

Bu maddə “Afi Farma”ya tədarük edilib və 70 partiya öskürək siropuna vurulub. Dərmanın tərkibində 99% etilenqlikol olub, halbuki, ÜST norması 0,1% təşkil edir.

“Afi Farma” zəhərli maddəni dərmana qəsdən əlavə etdiyini inkar edir. Təchizatçı “CV Samudera Chemical” isə etilenqlikoldan şərbətlərdə istifadə etmək planlarından xəbərsiz olduğunu iddia edir. Hər iki şirkətin rəhbərliyi 10 il həbs cəzası alıb.

Xatırladaq ki, oxşar hadisə Qambiyada da yaşanmışdı. Hindistan istehsalı olan öskürək şərbətləri (“prometazin” oral məhlulu, uşaqlar üçün “Kofexmalin” və “Makoff” öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı “Magrip N” siropu) 70-ə yaxın uşağın ölümü ilə nəticələnmişdi. Sonradan bu dərmanların tərkibində dietilenqlikol və etilenqlikolun qəbuledilməz səviyyəsi müəyyən olunmuşdu. ÜST rəsmiləri bu siropların potensial olaraq kəskin böyrək zədələnməsinə səbəb olduğu barədə xəbərdarlıq etmişdi.

Bundan başqa Özbəkistanda 20-yə yaxın uşaq “Dok-1 Maks” öskürək həbi və şərbətini qəbul etməsi səbəbindən həyatını itirmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 896 24.11.23 12:49