İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Qəzza zolağında radikalların 300 hərbi obyektinə hava zərbələri endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail ordusu 24 saat ərzində HƏMAS terror təşkilatının 300 hərbi obyektinə, o cümlədən əməliyyat qərargahlarına, döyüş tunellərinə, anbarlara və partlayıcı maddələrin istehsalı sahələrinə, həmçinin tank əleyhinə raket buraxılış məntəqələrinə havadan hücum edib”, - deyə məlumatda bildirilir.
“İsrail ordusunun quru bölmələri Qəzza zolağında döyüşməyə, düşməni məhv etməyə, yeraltı tikililəri aşkar etməyə və HƏMAS-ın terror obyektlərini məhv etməyə davam edir”, - deyə mətbuat xidməti əlavə edib.
Mənbə: TASS