“Rossiya-24” telekanalının hərbi müxbiri Boris Maksudov ölüb.
Məlumata görə, “Rossiya-24” telekanalının hərbi müxbiri Boris Maksudov aldığı qəlpə yaralarından dünyasını dəyişib.
Qeyd edək ki, Maksudov noyabrın 22-də Ukrayna PUA-sının Zaporojye vilayətində material hazırlayan jurnalistlərə hücumu zamanı qəlpə yaraları alıb. O, tibb müəssisəsinə təxliyə edilib və ona tibbi yardım göstərilib.
Mənbə: lenta.ru