Yanacaq ehtiyatı bitdiyinə görə Qəzza şəhərində yerləşən Əş-Şifa xəstəxanasında əməliyyat xidmətləri göstərilməyəcək.
Bu açıqlama ilə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi çıxış edib.
O, bildirib ki, hazırda Əş-Şifa xəstəxanasında kuvez-inkubatorda 45 körpə saxlanılır.
"Lakin onlardan biri tibb mərkəzinin fəaliyyətində yaranan problemə görə həyatını itirib”.