Avropa İttifaqında Fələstinin HƏMAS hərəkatını dəstəklədiyinə görə İrana qarşı yeni sanksiyaların tətbiqi ehtimalı ilə bağlı fikir ayrılığı var.
Bu barədə "Politico” qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.
"Avropa İttifaqı diplomatları arasında bunun yaxşı ideya olub-olmaması ilə bağlı ciddi fikir ayrılığı var”, deyə nəşr yazıb.
Qeyd olunur ki, Avropa İttifaqında Tehrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı müzakirələr hələ də davam edir.
"Politico”nun məlumatına görə, Aİ-nin bir sıra ölkələri hesab edir ki, yeni sanksiyalar Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb ola bilər. Eyni zamanda nəşr İsrail və ABŞ-ın bu məsələdə Aİ-yə təzyiq göstərdiyinə işarə edib.
"Politco" qeyd edib ki, Aİ daxilində bəziləri İrana qarşı əlavə sanksiyalar, xüsusən də raket istehsalında istifadə olunan komponentlərin ixracına qadağa hazırlamaq istəyir.
Aİ illər əvvəl HƏMAS-ı terror təşkilatları siyahısına salmışdı və artıq bir sıra sanksiyalar tətbiq olunur. İrana gəlincə, keçən ay Aİ İranın nüvə sazişi ilə bağlı sanksiyalarını qüvvədə saxlamaq qərarına gəlib. İyul ayından isə Brüsseldə İranın Rusiyanı Ukraynanı bombalamaq üçün istifadə edilən dronlarla təchiz etməsi ittihamından sonra pilotsuz təyyarələrdə istifadə olunan komponentlərin ixracını qadağan edən yeni sanksiyalar rejimi tətbiq edilib.
Bu arada, Aİ-nin üç böyük üzvü - Almaniya, Fransa və İtaliya da HƏMAS-a yeni sanksiyalar tətbiq etmək üçün planlar hazırlayıblar. "Politco"nun əldə etdiyi qeyri-kağız (qeyri-rəsmi Aİ sənədi) adlanan sənəddə HƏMAS və onun beynəlxalq dəstəkçilərinə qarşı yeni sanksiyalar təklif edilir.
//qaynarinfo