İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Dehloran şəhərindən 37 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Dağıntı və zərər çəkənlər barədə məlumat verilməyib.