Fransanın şimalında yerləşən Pa-de-Kale departamentinin 200 kommunasında daşqınlar səbəbindən məktəblər bağlanacaq.
Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin “X” hesabında bildirib.
Milli Meteorologiya Xidməti departamentdə ən yüksək "qırmızı təhlükə" səviyyəsi elan edib.
Qurum qeyri-sabit hava şəraiti ilə əlaqədar əhalini maksimum ehtiyatlı olmağa və bütün təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.
Məktəblər noyabrın 12-də günün sonuna qədər bağlı qalacaq, bundan sonra hava şəraitindən asılı olaraq məhdudiyyət uzadıla bilər.