"Planetin əyilməsi səbəbindən 2025-ci ildə Saturnun halqalari Yerdən görünməyəcək. Ancaq bu müvəqqəti olacaq".
Bu barədə NASA-nın verdiyi proqnozlarda bildirilir.
Günəş sisteminin ikinci ən böyük planeti olan Saturnu öz simvolik halqaları ilə hamımız tanıyırıq. Bu halqaları teleskopların köməyi ilə Yerdən görmək mümkündür. Lakin açıqlamalar onların tezliklə gözdən itəcəyini ortaya qoyub.
NASA-nın açıqlamalarına görə, 2025-ci ildə Saturnun halqaları Yerdən görünməyəcək. Təbii ki, onlar yox olmayacaqlar. Saturnun əyilməsi səbəbindən halqaları görə bilməyəcəyik.
"Saturnun halqaları 2025-ci ilin martında yox olacaq və sonrakı illərdə yenidən görünəcək", - deyə NASA qeyd edib.
Alimlərin fikrincə, halqalar planetimizdən düz 18 ay görünməyəcək. Hazırda Saturn və Yer mükəmməl uyğunlaşdırılmayıb və qaz nəhəngi 9 dərəcə bucaq altında əyilib. Gələn il bu nisbət 3,7-yə enəcək və halqaları görmək daha da çətinləşəcək. 2025-ci ildə onlar sıfıra enəcək və tamamilə görünməz olacaqlar.
Ancaq narahat olmağa ehtiyac yoxdur. Saturnun halqaları müvəqqəti olaraq gözdən itəcək. Açıqlamalara görə, halqalar daha sonra tədricən yenidən görünməyə başlayacaq və yoxa çıxdıqdan 8 il sonra 2032-ci ildə 27 dərəcə maksimum meylinə çatacaq. Onların ən yaxşı görünüşünü bu tarixdə görəcəyik.
Saturnun halqaları kometlərdən, asteroidlərdən və digər maddələrdən ibarətdir. NASA-nın məlumatına görə, halqalar planetdən 282 min kilometrə qədər uzana bilir. Onların şaquli uzunluğunun 10 metr civarında olduğu bildirilir ki, bu da onların kifayət qədər kiçik olması deməkdir.
Sonda qeyd edək ki, halqaları ilk dəfə 1610-cu ildə Qalileo Qaliley müşahidə edib.
//bizimyol.info