Rusiya Federasiyasının Sverdlovsk vilayətində ata və uşaqlar arasında baş verən münaqişə qətl və yaralanma ilə başa çatıb.
Məlumata görə, 73 yaşlı kişi heç yerdə işləməyən, avaralıq edən, evə qazanc gətirməyən 46 və 51 yaşlı oğulları ilə mübahisə edib, onlardan işləməyi tələb edib.
Qəzəblənən ata silahını götürüb, kiçik oğlunun qarnına, böyük oğlunun isə qoluna iki dəfə atəş açıb.
Kiçik oğlu yerindəcə keçinib, böyük oğlu isə rayon xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Kişi hadisə yerindən qaçmağa çalışsa da, saxlanılıb.
Mənbə: vm.ru