“Ermənistanda yaşı 19-30 arasında olan 150 minə yaxın insan oxumur və işləmir”.
Ermənistan mediasının məlumatına görə, bunu ölkənin əmək və sosial məsələlər naziri Narek Mkrtçyan 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsində deyib.
Nazir qeyd edib ki, bazar ehtiyaclarını ödəmək üçün peşə hazırlığı proqramlarını genişləndirmək daha effektiv ola bilər.
O bildirib ki, 2024-cü ilin martından ölkədə sosial təminat sistemində dəyişikliklər qüvvəyə minəcək:
“Vətəndaşlar üçün məşğulluq və ya özünüməşğulluq proqramları tərtib ediləcək. Bundan əlavə, əlilliyin qiymətləndirilməsində dəyişikliklər ediləcək. Əvvəllər əlillik alan şəxslər sadəcə psixoloji cəhətdən işləməyə hazır idi. Amma indi onların motivasiyası olacaq. Məşğulluq proqramlarında birinci qrup əlillər işə başlayıblar”.