HƏMAS Misirdən yardım istədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |     20:58 İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib, altı nəfər şübhəli saxlanılıb  |     20:23 Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb  |     20:20 "Roma" yeni baş məşqçisinin adını açıqlayıb  |     20:18 "Formula 1" Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb  |     20:16 Andres İnyesta Danimarka klubunu alıb  |     20:15 Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər  |     20:08 Cəbrayılda AĞIR QƏZA - Ölənlər var  |     19:42 Azərbaycanda 10 ayda vətəndaşlara 146 milyon manata yaxın ƏDV qaytarılıb  |    

HƏMAS Misirdən yardım istədi

Fələstinin HƏMAS radikal hərəkatı telefon rabitəsi və internetin kəsildiyi Qəzza zolağında rouminq xidmətləri göstərilməsi ilə bağlı Misirə müraciət edib.

Bu barədə hərəkatın nümayəndəsi Fauzi Barhuman radikalların rəsmi “Telegram” kanalında yayımlanan bəyanatında bildirib.

“İsrail Qəzza zolağında telefon rabitəsi və interneti kəsib. Biz Misiri Misir şəbəkələrində rouminq xidmətlərini açmağa çağırırıq”, - deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, noyabrın 5-də Fələstin provayderi “Paltel” bütün Qəzza zolağında telefon və internet xidmətlərinin yenidən dayandığı barədə məlumat verib. Qəzzada rabitə xidmətləri təqdim edən ikinci provayder “Jawwal” da analoji məlumat yayıb.

Fələstin anklavında internet, simli və mobil rabitənin tamamilə bağlanması barədə ilk dəfə olaraq oktyabrın 27-də məlumat verilib. “Paltel” və “Jawwal” bildiriblər ki, İsrailin hava hücumları nəticəsində kommunikasiyalar zədələnib və bu səbəbdən artıq xidmət göstərilməsi mümkün deyil. Oktyabrın 31-də beynəlxalq təşkilatlar Qəzzada qalanlarla əlaqə saxlaya bilmədikləri ilə bağlı narahatlıqlarını ifadə etdikdən sonra rabitə bərpa olunub.

Mənbə: TASSскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 06.11.23 12:57