Hindistanın paytaxtı Yeni Dehlinin hakimiyyət orqanları havanın çirklənməsi səviyyəsinin artması ilə əlaqədar bütün ibtidai məktəbləri iki gün müddətinə bağlayıb.
Cümə axşamı şəhərdə havanın keyfiyyəti bu mövsüm ilk dəfə olaraq kritik səviyyəyə düşüb. Alimlərin fikrincə, vəziyyətin növbəti iki həftə ərzində daha da pisləşəcəyi gözlənilir.
Yeni Dehlinin ətraf mühit naziri vəziyyəti müzakirə etmək üçün təcili iclas çağırıb. Qeyd edək ki, Hindistanın paytaxtı dünyanın ən çirkli şəhərlərindən biridir.
Mənbə: inform.kz