Belarus Silene avtomobil keçid məntəqəsinin bağlanmasına cavab olaraq Latviyadan bir sıra malların idxalına qadağa qoyub.
Bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.
Hökumət 6 dekabr 2021-ci il tarixli 700 nömrəli qərarı ilə təsdiq edilmiş Belarusa idxalı və satışı qadağan olunan malların siyahısını genişləndirib.
Xüsusilə, göstərilən siyahıya Latviya Respublikasından gələn bəzi mallar daxildir - kofe, mürəbbələr, meyvə jeleləri, marmeladlar, meyvələr, qoz-fındıq, şirələr, sular, pivə, spirtli içkilər və digər fermentləşdirilmiş içkilər, corablar, kərpic, blok və oxşar keramika məmulatları.
Qeyd edək ki, sentyabrın 19-dan Latviya qeyri-qanuni miqrasiya təhlükəsinin qarşısını almaq üçün Belarusla sərhəddə mövcud olan iki sərhəd keçidindən birini - “Silene” (“Belarus tərəfində Urban”) keçidini bağlayıb.