ABŞ-nin ən böyük “Bitcoin” hasilatı şirkəti “Marathon Digital” (MARA) məişət tullantıları poliqonlarında əldə olunan metandan istifadə etməyə başlayacaq.
Şirkət pilot layihəyə start verməyi və “Bitcoin” fermalarının işləməsi üçün poliqon qazından elektrik enerjisi almağı, bu enerjinin köməyi ilə kriptovalyuta hasil etməyi planlaşdırır.
Enerji istehsalı obyekti “Nodal Power” şirkəti ilə birgə Yutada yerləşəcək. Gözlənilən istehsal gücü isə 280 kilovat olacaq.
Mənbə: lenta.ru