ABŞ Prezidenti Co Baydenə impiçment tətbiq edilib-edilməməsi ilə bağlı qərar tezliklə veriləcək.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.
O, mətbuat konfransında impiçment prosesinə başlamaq üçün kifayət qədər dəlilin olub-olmaması ilə bağlı sualı cavablandırarkən məsələ ilə bağlı qərarın tezliklə veriləcəyini bildirib.
Conson əlavə edib ki, qərar dəlilin nə olduğundan və “işi hara aparmasından” asılı olaraq veriləcək.