Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində silsilə zəlzələlər baş verib.
Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Respublika Mərkəzinin alimləri məlumat veriblər.
İdarədən verilən məlumata görə, zəlzələlər Murqab rayonunda qeydə alınıb.
Yerli vaxtla 01:26 və 01:46-da (Bakı vaxtı ilə 00:26 və 00:46 - red.) 3,8 və 4,7 bal gücündə yeraltı təkanlar baş verib. Daha sonra saat 05:40-da (Bakı vaxtı ilə 04:40 - red.) yenidən 4,2 bal gücündə təkanlar qeydə alınıb.
Zəlzələlərin ocağı 100 km dərinlikdə yerləşib.
Respublikanın Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi insan itkisi və dəymiş maddi ziyanla bağlı hələlik açıqlama verməyib.
Mənbə: Sputnik Tacikistan