"Birləşmiş Ştatlar Fələstin-İsrail münaqişəsi zonasına qoşun göndərməyi planlaşdırmır".
Bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris CBS telekanalına müsahibəsində bildirib.
"Bizim heç bir niyyətimiz, İsrailə və ya Qəzzaya döyüş qoşunları göndərmək planımız yoxdur", - K.Harris deyib.
Vitse-prezident ABŞ-nin İsrailə diplomatik dəstək verdiyini vurğulayıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar müharibə qanunlarına hörmət edir və humanitar yardımın vacibliyinin açıq şəkildə ifadə edib.