Qazaxıstan paytaxtı Astana şəhərinin sağ sahilində bazar günü axşam saatlarında elektrik enerjisi kəsilib.
Xüsusilə, şəhərin bu hissəsinin tarixi mərkəzi olan Respublika prospekti, eləcə də Rusiyanın Qazaxıstandakı səfirliyinin yerləşdiyi Barayev küçəsinin ərazisi işıqsız qalıb. Bununla belə, şəhərin sol sahil hissəsində elektrik enerjisinin verilişində heç bir fasilə olmayıb.
Qazaxıstanın Respublika Energetika Nazirliyindən bildirilib ki, İES-2-də (istilik elektrik stansiyası) qısaqapanma səbəbindən generasiya tam azalıb.
Mənbə: ТАSS