Polşada Marneuli bələdiyyəsinin Sabirkənd sakini 40 yaşlı Famil Musayev qətlə yetirilib.
Məlumata görə, F.Musayev oktyabrın 20-də öldürülüb.
Bildirilir ki, sözügedən şəxs bir müddət bundan öncə Polşaya avtomobil gətirmək məqsədi ilə gedib.
Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Hazırda F.Musayevin cənazəsinin Gürcüstana gətirilməsi üçün işlər aparılır.
Mənbə: 24News.ge