Tacikistanda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
“Zəlzələnin episentri Almatı şəhərindən 621 km cənub-qərbdə, Tacikistan ərazisində yerləşir. Zəlzələ 5,2 bal gücündə olub”, - məlumatda deyilir.
Dağıntı və tələfat barədə hələ ki məlumat verilməyib.
Mənbə: TASS