Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun imkanlarının azaldığını bildirib və 5 gündə 24 Ukrayna təyyarəsini vurulduğunu deyib.
Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun "Şərq” hərbi hissələri ilə görüşüb və Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.
Ukrayna ordusunun imkanlarının getdikcə azaldığına diqqət çəkən Şoyqu deyib:
"Bugünkü vəziyyət düşmənin imkanlarının getdikcə azaldığını göstərir".
Şoyqu Ukrayna ordusunun psixoloji çətinliklər yaşadığını bildirib:
"Son 3-4 həftədə könüllü təslim olan və ya əsir düşən Ukrayna əsgərləri Ukrayna ordusundakı mənfi psixoloji vəziyyətdən danışır”.
//azxeber