Çinin müdafiə naziri Li Şanfu tutduğu vəzifədən azad edilib.
Məlumatı Çin KİV-i yayıb.
Qeyd edək ki, bir müddət əvvəl onun itkin düşdüyü barədə xəbərlər yayılmışdı. ABŞ kəşfiyyatı onun səlahiyyətlərinin dayandırıldığını və yaxud istintaq altında olduğuna dair məlumat yaymışdı. Li Şanfu təxminən 7 ay əvvəl, martın 12-də müdafiə naziri vəzifəsinə keçib.
O, 2018-ci ildə Rusiyadan “Su-35” qırıcıları və “S-400” komplekslərinin alınması ilə bağlı ABŞ-ın sanksiyalarına məruz qalıb. General Çin lideri Si Cinpinə yaxın adamlardan sayılır. Rütbəlilər arasında onun sürətlə yüksəlməsi bu amillə izah edilir.