Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge COVID-19 da daxil olmaqla pandemiyaları tamamilə dayandırmağın mümkün olmadığını bildirib.
Astanada keçirilən ÜST Avropa Regional Komitəsinin 73-cü sessiyasında Klüge qloballaşan dünyada başqa pandemiyaların da olma ehtimalını qeyd edib. O, COVID-19 pandemiyasından çoxlu dərslərin alındığını vurğulayıb.
Klügenin sözlərinə görə, pandemiyaları dayandırmaq mümkün olmasa da, onlara daha yaxşı hazırlaşmaq mümkündür.
Mənbə: TASS