“Google” İsrail və Qəzza zolağında “Google Maps” və “Waze” proqramlarının fəaliyyətini söndürüb.
Qeyd olunur ki, “Google”a bununla bağlı müraciət İsrail ordusundan daxil olub.
Mənbə iddia edir ki, həmən proqramlar İsrail qoşunlarının hərəkəti haqqında məlumat əldə etməyə imkan verdiyindən SAXAL ABŞ “Google” şirkətindən müvəqqəti olaraq proqramı həmən ərazilərdə dondurmağı xahiş edib.
Xatırladaq ki, öz növbəsində “Telegram” mesenceri “App Store” və “Play Store”dan (telefonda işləyən) mesencer proqramlarında HƏMAS-ın hərbi qanadının kanalını və rəsmi HƏMAS kanalını bloklayıb.
Mənbə: Bloomberg