İsrailin Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatına qarşı hərbi əməliyyatının növbəti mərhələsi dəniz, yer və havada birgə fəaliyyəti əhatə edəcək. Bunu İsrailin müdafiə naziri Yoav Qalant Hərbi Dəniz Qüvvələrinin cənubundakı Aşdod liman şəhərindəki bazasına səfəri zamanı deyib.
“Hərbçilərə mesajım var: Əla iş gördünüz! Əməliyyatımıza hazırlaşmağa davam edin, tezliklə başlayacaq. Biz növbəti addımımıza - havada, yerdə və dənizdə çoxşaxəli əməliyyata diqqətlə hazırlaşırıq”, - deyə Qalant Aşdoddakı hərbçilərə bildirib.
Mənbə: TASS