İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın strateji silahların hazırlanması üzrə məsul olan yüksək rütbəli üzvü Mahmud Sabihin məhv edildiyini açıqlayıb.
Bu barədə SAXAL öz “Telegram” kanalında məlumat yayıb.
“SAXAL HƏMAS-ın strateji silah bölməsinin yüksək rütbəli üzvünü məhv edib”, - deyə İsrailin müdafiə idarəsi bildirib.
İsrail ordusunun bəyanatında qeyd edilib ki, Sabih pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasından məsul olan baş mühəndis vəzifəsində işləyib.
Xatırladaq ki, oktyabrın 14-də İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının hava qüvvələrinin rəhbəri, İsrailə hücuma rəhbərlik edənlərdən biri olan Merad Əbu Meradın məhv edildiyini elan etmişdi.