Xeyli müddətdir dünyanın ən bahalı şirkəti adını daşıyan “Apple” artıq bu statusdan məhrum olub.
Belə ki, rüblük hesabatının gözləniləndən daha zəif çıxması səbəbindən ABŞ elektronika istehsalçısının səhmləri gün ərzində 4% ucuzlaşıb və şirkətin dəyəri 2.41 trilyon dollara düşüb.
Onun yerini isə uğurlu hesabatdan sonra səhmləri 1% bahalaşan “Microsoft” tutub. Hazırda dünyanın ən bahalı şirkətinin kapitallaşması 2.46 trilyon dollardır.
Qeyd edək ki, dünyanın ən iri proqram təminatçılarından biri olan “Microsoft” 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən yaradılıb. Onun mərkəzi ofisi Vaşinqton ştatının Redmond şəhərində yerləşir.
Mənbə: TASS