Rusiyada istefada olan general-mayor, hava-desant qoşunları qərargah rəisinin keçmiş birinci müavini Anatoli Belyaninin meyiti tapılıb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, Belyanin Moskva vilayətinin İvanteyevka şəhərindəki mənzilində intihar edib. O, son vaxtlar ağır xəstəlikdən əziyyət çəkib.
İstintaq Komitəsi faktla bağlı yoxlama aparır.
Məlumatda o da qeyd edilir ki, Belyanin 90-cı illərdə jurnalist Dmitri Xolodovun qətlində şahid olub.