Meksikanın cənubundakı Oaxaka ştatında çimərlikdə 300-ə yaxın ölü dəniz tısbağası tapılıb.
“Ölü tısbağaların sayı kifayət qədər çoxdur. İlkin ehtimallara görə, onlar brakonyerlərin istifadə etdiyi balıq torlarına ilişərək boğulublar”, - deyə Oahaka ştatının Ətraf Mühit, Enerji və Davamlı İnkişaf şöbəsinin rəhbəri Elena Roxas bildirib.
Ölən tısbağaların nəsli kəsilməkdə olan növlərə aid olduğu qeyd edilir.
Prokurorluq nadir heyvanların kütləvi şəkildə tələf olmasının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.