Çin uşaqların sosial şəbəkələrdə qeydiyyatını sərtləşdirməyi planlaşdırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:17 Süni itellekt Mayk Taysonla Ceyk Pol arasındakı döyüşün qalibini açıqlayıb  |     12:12 Rusiya Federasiyasının Baş prokuroru Bakıya gəlib  |     11:35 Alparslan Bayraktar COP29-da Ankaranın nüvə enerjisi sahəsindəki hədəflərindən danışdı  |     11:22 Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR  |     11:19 Filipp Kirkorov axtarışa verildi  |     22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |     20:58 İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib, altı nəfər şübhəli saxlanılıb  |     20:23 Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb  |     20:20 "Roma" yeni baş məşqçisinin adını açıqlayıb  |    

Çin uşaqların sosial şəbəkələrdə qeydiyyatını sərtləşdirməyi planlaşdırır

Çin hakimiyyəti yetkinlik yaşına çatmayan istifadəçilərin sosial şəbəkələrdə qeydiyyatı zamanı valideynlərinin şəxsi məlumatlarını, həmçinin onların icazələrini tələb etməyi planlaşdırır.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Çinin kibersahə məsələləri üzrə idarəsinin təqdim etdiyi yeni qaydalar haqqında layihənin mətnində yer alıb. İdarə oktyabrın 26-da internetdə istifadəçi hesablarının qeydiyyatı ilə bağlı yeni qaydaların layihəsini dərc edib. Layihə ictimai müzakirəyə çıxarılıb.

Qurumun "WeChat" sosial şəbəkəsində dərc etdiyi layihəyə əsasən, internetdə qeydiyyatdan keçən yetkinlik yaşına çatmayan istifadəçilər öz şəxsiyyət vəsiqəsinin real məlumatlarını, habelə qəyyumun razılığını təqdim etməlidir.

Ötən həftə Çinin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi valideynlərin "uşaqlarda online asılılığının qarşısını almaqda fəal rol oynamalı olduğunu" ehtiva edən "Ev tərbiyəsinin təşviqi" qanununu təsdiqləyib.

Avqust ayının sonlarında Çinin Dövlət Mətbuat və Nəşrlər İdarəsi sentyabrın 1-dən etibarən "uşaqların fiziki və psixi sağlamlığının qorunması" məqsədilə yetkinlik yaşına çatmayan istifadəçilərin online oyunlara girişinin həftədə üç saata qədər məhdudlaşdırılacağı barədə məlumat yayıb. Müvafiq orqanlar online oyunlar sahəsində fəaliyyət göstərən kompaniyalarda yoxlamaları gücləndirəcək, onların bu məhdudiyyətlərə necə əməl etmələrinə, həmçinin yetkinlik yaşına çatmayan oyunçuları necə aşkarladıqlarına ciddi nəzarət edəcək.

Qeyd edək ki, "TikTok" servisinin sahibi Çinin "ByteDance" kompaniyası sentyabrın sonlarında 14 yaşdan kiçik yeniyetmələr üçün tətbiqin Çin versiyasına (Douyin) məhdudiyyətlər qoyub. Hazırda onlar proqramdan gündə 40 dəqiqədən çox istifadə edə bilməz. Yaşı 14-dən az olan bütün istifadəçilər tətbiqin "gənclik rejiminə" keçirilib və yeni qeydiyyatdan keçən istifadəçilər bu rejimə birbaşa daxil olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            498 27.10.21 22:22