Yaddaş itkisi koronavirus infeksiyasının uzunmüddətli nəticəsi ola bilər.
Bu barədə "JAMA Network Open" jurnalının dərc etdiyi araşdırmada deyilir.
Mütəxəssislər Nyu-Yorkdakı klinikalar şəbəkəsinin 740 xəstəsini müayinə ediblər.
Sorğu zamanı COVID-19-dan sağalmış insanların 24%-də yadda saxlama prosesi ilə bağlı koqnitiv pozğunluqlar aşkar edilib. Digər 23% isə beynində olan məlumatları xatırlaya bilmir.
Xəstələrdə infeksiyanı yüngül keçirənlərə nisbətən diqqət və çalışqanlıq, eləcə də zehni tapşırığı yerinə yetirmə sürəti ilə bağlı problemlərlə üzləşmə ehtimalı daha yüksək olub.