ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hokul bölgədə gözlənilən yağışa görə fövqəladə vəziyyət elan edib.
Bu barədə qubernatorun mətbuat xidməti məlumat yayıb.
“Mən bu fırtınaya cavab vermək və əhəmiyyətli yağışların proqnozlaşdırıldığı bölgələrdə həyat və əmlakı qorumaq üçün lazımi resursları təmin edə bilməyimiz üçün fəal şəkildə fövqəladə vəziyyət elan edirəm”, - deyə qubernator bildirib.
Qeyd olunur ki, yağıntılar ştatın bəzi yerlərində daşqınlara səbəb ola bilər.