ABŞ-da bir ilə yaxındır adı açıqlanmayan 47 yaşlı qadın koronavirusa qalib gəlməyə çalışır.
O, 2020-ci ilin yazında virusa yoluxub və o vaxtdan müalicə olunur.
Şanssız qadın ABŞ Milli Sağlamlıq İnstitutunun xəstəxanasına aparılıb evə buraxılsa da, evdə oksigen dəstəyi almalı olub.
COVID-19 infeksiyasının ilk dövründə toplanan nümunələri araşdıran mütəxəssislər virus ştammının dəyişmədiyini müəyyən ediblər. Başqa sözlə, xəstə təxminən bir il ərzində eyni virusla yaşamağa davam edib.
Ehtimal olunur ki, limfoma üçün əvvəllər aparılan müalicəyə görə xəstənin immun sistemi zəifləyib və koronavirusun xəstənin orqanizmində bu qədər uzun müddət qala bilməsi də bununla əlaqələndirilir.
Bu xəstə üçün çox çətin bir proses olsa da, alimlər üçün çox əhəmiyyətli bir fürsət olaraq görülür. Alimlər bu xəstədən alınan nümunələri təhlil edərək, koronavirusun necə inkişaf etdiyini təhlil edə bilərlər.
Çünki sözügedən xəstədən nümunə götürülən koronavirusda iki genetik delesiya, yəni genomun bəzi hissələrini silən mutasiyalar aşkar edilib.
Mənbə: “Live Science”